Sərnişinlər metrodan belə çıxarılıb - Görüntülər 

16:34 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Nasazlıq aradan qaldırıldıqdan sonra, saat 15:00-da metronun fəaliyyəti bərpa edilib.

Hafta.az tuneldə qalan qatarın içərisindəki sərnişinlərin evakuasiya edildiyi görüntüləri təqdim edir: